Rəqəmsal dünyada sizin etibarlı və peşəkar tərəfdaşınız
Biz kimik?
Biz, SECOPS AZ komandası olaraq 20 ilə yaxın təcrübəmizlə risklərinizi idarə edir, standartlara uyğunluğunuzu təmin edir və biznesinizi kiber təhdidlərdən qoruyuruq. Eyni zamanda, davamlı inkişaf və etibarlı fəaliyyət üçün sizə güvənli təhlükəsizlik təməli yaradırıq.
Nə edirik?
Təhlükəsizlik və İT çərçivə sənədlərinin hazırlanması
Əsas siyasət, qayda və prosedurun hazırlanması, IT və təhlükəsizlik sənəd bazasının formalaşdırılması, ISO və PCI DSS uyğunluğunun təmin olunması.
Standartlara Uyğunluq və Risklərin İdarəedilməsi
Mərkəzi Bank tələbləri, ISO/IEC 27001, NIST və COBIT standartlarına uyğunluğun qiymətləndirilməsi, audit proseslərinin dəstəklənməsi və hesabatların hazırlanması.
Nüfuzetmə sınaqları
İnfrastruktur, veb tətbiqləri, mobil platformalar və API-lər üzrə dərinlikli sınaqlar. OWASP Top 10 və MITRE ATT&CK metodologiyaları ilə zəifliklərin aşkarlanması və hesabatlandırılması.
Rəqəmsal ödənişlər üzrə təhlükəsizlik
PSP, FinTech və elektron pul sistemləri üçün təhlükəsizlik arxitekturası, PCI DSS uyğunluğunun təmin edilməsi, API-lərin qorunması və real vaxt fırıldaqçılıq monitorinqi.
Biznes davamlılığı
Biznesin Davamlılığı Planı (BCP) və DRP-nin hazırlanması, ISO 22301 uyğunluğunun qiymətləndirilməsi, fasiləsiz xidmətlərin təmin olunması və simulyasiya testləri.
Təlim və məlumatlılıq
SecOps Academy vasitəsilə Foundation-dan Expert səviyyəsinədək təlimlər, əməkdaşlar üçün məlumatlandırıcı sessiyalar və phishing simulyasiyaları ilə risklərin azaldılması.
Müştərilərimiz bizim haqqımızda nə deyir?
Mərkəzi Bankın tələblərinə uyğun sənədlərin hazırlanması və göstərilən peşəkar konsultasiya xidmətindən tam razı qaldıq.
Sabit Agayev
Komplayens Komitesinin uzvu
SECOPS şirkəti ilə kənar audit razılaşmasına əsasən İnformasiya Təhlükəsizliyi auditi həyata keçirildi. Audit peşəkarcasına icra olundu, mövcud risklər aşkarlandı və onların aradan qaldırılması istiqamətində praktiki tövsiyələr verildi. Komandaya təşəkkür edirik.
Tural İbrahimov
Risklərin İdarəedilməsi Şöbəsinin müdiri
Papel Azərbaycan şirkəti olaraq həyata keçirilən kibertəhlükəsizlik audit və pentest xidmətlərinizin operativliyindən və peşəkarlığından məmnun qaldıq.
Cavid Kərimli
İnformasiya Təhlükəsizliyi üzrə Məsul Şəxs
Şirkətimiz üçün həyata keçirilən IT audit xidmətindən çox məmnun qaldıq. Komandanın peşəkar yanaşması, operativ icrası, detallı hesabatı və risklər üzrə praktiki tövsiyələri bizim üçün dəyərli oldu. SECOPS komandası ilə əməkdaşlığı tövsiyə edirik.
Nicat Cəfərov
Risklərin İdarəedilməsi Şöbəsinin müdiri